02/03/2023
11:56
6612
| A A A
İnter-dən Leeds United-ə

İnter-in futbolçusu Hakan Çalhanoğlu yay transfer pəncərəsində klubunu dəyişə bilər.

Goal.az xəbər verir ki, İngiltərə Leeds-i Türkiyə millisinin 29 yaşlı yarımmüdafiəçisini sıralarına qatmaqda israrlıdır.

Prmeyer Liqa təmsilçisinin nümayəndələri artıq Hakanın meneceri ilə əlaqə saxlayıb. Onlar transfer şərtlərini müzakirə ediblər.

Qeyd edək ki, Çalhanoğlunun Milan klubu ilə hazırkı müqaviləsi 2024-cü ilin ortalarına qədərdir. O, bu mövsüm 32 matçda 3 qol vurub və 6 qolun ötürməsini verib. Futbolçunun transfer bazarında futbolçunun qiyməti 35 milyon avrodur. Daha əvvəl bildirilirdi ki, "İnter" Hakanla yeni müqavilə imzalamaq niyyətindədir.

GÜNÜN ƏN ÇOX OXUNANLARI