Fulham-dən Chelsea-yə
Fulham-in hücumçusu Aleksandar Mitroviç Chelsea-yə keçə bilər.
Goal.az xəbər verir ki, London klubu serbiyalı forvardı yayda heyətinə cəlb etməyi planlaşdırır. Mitroviçin özünün də mövsümün sonunda komandasını dəyişmək fikrində olduğu bildirilib. Tərəflər arasında ilkin danışıq olduğunu qeyd edilib.
Qeyd edək ki, 28 yaşlı futbolçu Fulham-ə 2018-ci ilin yayında Newcastle-dan transfer olunub. Serbiya millisinin üzvü bu mövsüm London təmsilçisinin heyətində 22 matçda 11 qol vurub, 4 qol ötürməsi edib.