03/03/2023
16:26
3704
| A A A
Dinamo Mahir Emreli ilə vidalaşır

Xorvatiyanın Dinamo Zaqreb klubu cari mövsümün sonunda Azərbaycan millisinin hücumçusu Mahir Emreli ilə yollarını ayıracaq.

Goal.az xəbər verir ki, Zaqreb təmsilçisinin baş məşqçisi Ante Çaçiç 26 yaşlı hücumçunu komandasına görmək istəmir.

70 yaşlı mütəxəssis yayda hücum xəttini gücləndirə biləcək oyunçular alınmasını istəyir.

Qeyd edək ki, Mahir Emreli bu mövsümün ikinci yarısını icarə əsasında Türkiyə Konyaspor-unda keçirəcək. Superliqa təmsilçisi yayda forvardı birdəfəlik transfer etmək hüququna malikdir. (report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI