Qarabağ Polşa çempionunu darmadağın etdi - VİDEO
Qarabağ bu gün Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Lech-lə cavab oyununa çıxıb.
Goal.az xəbər verir ki, ilk matçda 0:1 hesabı ilə uduzan Ağdam təmsilçisi Polşa klubu ilə Tofiq Bəhramov adına Respublika Stadionunda qarşılaşıb. Matçın ilk dəqiqəsində qonaqlar hesabı açsa da, Qarabağ 5 qol vuraraq möhtəşəm qələbə ilə 2-ci təsnifat mərhələsinə yüksəlib.
Qurban Qurbanovun baş məşqçilik etdiyi komanda bu mərhələdə İsveçrə Zürich-i ilə üz-üzə gələcək. Komandalar arasında ilk görüş iyulun 20-də Bakıda, cavab matçı isə bir həftə sonra İsveçrədə olacaq.
Çempionlar Liqası, 1-ci təsnifat mərhələsi
20:00. Qarabağ -Lech - 5:1
Qol: Velde, 1 (0:1), Kadi, 14 (1:1), Ozobiç, 42 (2:1), Medina, 56 (3:1), Kadi, 74 (4:1), Abbas Hüseynov, 77 (5:1)