Tofiq Musayev 27 saniyəyə qələbə qazanıb - VİDEO
Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev dünyanın ən məşhur turnirlərindən biri olan “Bellator”da debüt edib.
Goal.az xəbər verir ki, ABŞ-ın paytaxtı Vaşinqtonda rinqə çıxan idmançının rəqibi ABŞ təmsilçisi Sidney Autlou olub.
Musayev ilk raunddaca məşhur döyüşçünü nokauta göndərməyi bacarıb. Görüş cəmi 27 saniyə çəkib.