14/11/2017
17:33
1024
| A A A
Daha bir futbolçu İtaliya millisində karyerasını başa vurdu

İtaliyanın 2018-ci il Rusiyada keçiriləcək dünya çempionatından kənarda qalması bir sıra veteranların milli karyerasını başa vurması ilə nəticələnib. 6-cı dəfə mundiala qatılmaq imkanından məhrum olan Canluici Buffondan sonra "Roma"nın kapitanı Daniele De Rossi də millidə çıxışını başa vurduğunu elan edib.

"16 ildən çox vətənimin rənglərini qorudum. Millinin formasını son dəfə çıxarmaq çox qorxunc hissdir. Bizim gənc yoldaşlarımız var. Onların ətrafında gələcəyə hesablanmış yeni komanda qurmaq mümkündür" - təcrübəli yarımmüdafiəçi qeyd edib.

34 yaşlı De rossi "mavi eskadra"nın heyətində 100-dən çox oyun kçeirib. O, 2006-c; ilin dünya çempionu, 2012-ci il Avropa çempionatının gümüş mükafatçısıdır.

Ən baxımlı liqa hansıdır?

İNGİLTƏRƏ P.L
%
İSPANİYA L.L
%
AZƏRBAYCAN P.L
%
TÜRKİYƏ S.L
%
ALMANİYA B.L
%
FRANSA L.1
%
İTALİYA A.S
%
RUSİYA P.L
%
66306 səs