15/05/2018
11:23
9947
| A A A
Argentina millisinin mundial üçün heyəti açıqlandı

Argentina millisinin DÇ-2018 üçün genişləndirilmiş heyəti açıqlanıb.

Goal.az xəbər verir ki, heyətdə 35 futbolçunun adı yer alıb.

Qapıçılar: Serxio Romero (Manchester United), Nauel Qusman (Tigres), Villi Kabalyero (Chelsea), Franko Armani (River Plate)

Müdafiəçilər: Markos Roxo (Manchester United), Herman Peççelya (Betis), Kristian Ansaldi (Torino), Ramiro Funes Mori (Everton), Federiko Fasio (Roma), Nikolas Otamendi (Manchester City), Markos Akunya (Sporting), Eduardo Salvio (Benfica), Nikolas Talyafiko (Ajax), Qabriel Merkado (Sevilla)

Yarımmüdafiəçilər: Pablo Peres (Boca Juniors), Adrian Senturion (Rasing), Maksimiliano Mesa (İndependente), Qido Pisarro (Sevilla), Enso Peres (River Plate), Rodriqo Battalya (Sporting), Xavyer Maskerano (Xebey China Fortune), Leandro Paredes (Zenit), Manuel Lansini (West Ham), Covani Lo Çelso, Anxel Di Mariya (hər ikisi PSG), Lukas Biqliya (Milan), Ever Baneqa (Sevilla)

Hücumçular: Qonzalo İquain, Paulo Dibala (hər ikisi Juventus), Lionel Messi (Barcelona), Serxio Aquero (Manchester City), Dieqo Perotti (Roma), Kristian Pavon (Boca Juniors), Lautaro Martines (Rasing Avelyaneda), Mauro İkardi (İnter)

Qeyd edək ki, 35 futbolçudan 23-nün adı yekun heyətə daxil ediləcək.