09/06/2018
13:55
12357
| A A A
DÇ-2018 öncəsi daha bir qalmaqal

Futbol üzrə İran millisinin baş məşqçisi Karluş Keyruş FİFA-ya müraciət edib.

Goal.az xəbər verir ki, ABŞ kompaniyası “Nike” İran yığmasını geyimlə təmin etməkdən imtina edib. Buna səbəb ABŞ hakimiyyətinin İrana qarşı tətbiq etdiyi sanksiya olub.

DÇ-2018-in başlamasına bir həftə qalmış kompaniyanın belə bir addım atması İran yığmasını çətin vəziyyətə salıb. Baş məşqçi FİFA-dan kömək istəyib:

“Futbolçular bu geyimlərə öyrəşiblər. DÇ-nin başlamasına bir həftə qalmış onları dəyişmək olmaz. Biz FİFA-ya müraciət edərək, bu məsələdə bizə kömək etməsini istəyirik”.

GÜNÜN ƏN ÇOX OXUNANLARI