13/06/2018
14:55
766
| A A A
“Dünya çempionatı hamı üçündür"

Moskvada FİFA - nın konqresi keçirilib.

Goal.az xəbər verir ki, toplantıda çıxış edən Rusiya prezidenti Vladimir Putin idmanın hər zaman siyasətdən uzaq olduğunu, dünya çempionatını izləmək üçün Rusiyaya gələnləri  xoş istirahətin gözlədiyini deyib:

"Dünya çempionatının başlamasına bir neçə saat qalır .Biz bu turnirə böyük bir komanda şəklində hazırlaşmışıq. Şübhəsiz ki, belə bir mötəbər festivala hazırlıq yalnız dünya futbol  ailəsinin köməyi sayəsində mümkün olub. İnfantino FİFA-ya çox mürəkkəb bir dövrdə rəhbərlik edir. Ədalətli , prinsipial davranışına, Rusiyaya müsbət fikirlərlə yanaşmasına görə FİFA prezidentinə təşəkkür edirəm.  Dünya çempionatı hamı üçündür. Biz istəyirik ki, ölkəmizə gələn insanlar mədəniyyətimizlə tanış olsunlar, Rusiyadan xoş təəssüratla ayrılsınlar”.

GÜNÜN ƏN ÇOX OXUNANLARI