13/06/2018
15:20
1110
| A A A
DÇ-2026-nın keçiriləcəyi ölkələr müəyyənləşdi

2026-cı il futbol üzrə dünya çempionatı ABŞ, Kanada və Meksikada təşkil olunacaq. 

Goal.az xəbər verir ki, bu, FİFA-nın Rusiyanın paytaxtı Moskvada keçirilən 68-ci Konqresində məlum olub. Kanada - Meksika - ABŞ triosunun yeganə rəqibi Mərakeş olub. Konqres nümayəndələri arasında açıq elektron səsvermə yolu ilə keçirilən seçkidə Mərakeş 65 səs toplayıb. Amerika ölkələrinə isə 134 səs verilib. 1 səs isə bitərəf olub. 

DÇ-2026-da ilk dəfə 32 deyil, 48 ölkə mübarizə aparacaq. Onlar 16 qrupda çıxış edəcəklər. Hər qrupdan 2 komanda 1/16 finala yüksələcək. 

Bundan başqa, dünya çempionatı ilk dəfə 3 ölkədə təşkil olunacaq. Əvvəllər yalnız bir dəfə 2 ölkə - Yaponiya və Cənubi Koreya DÇ-2002-yə ev sahibliyi edib. 

GÜNÜN ƏN ÇOX OXUNANLARI