16/07/2018
11:47
3097
| A A A
Rusiya mundialı 3-cü ən məhsuldar dünya çempionatı oldu

Rusiyada keçirilmiş futbol üzrə 2018-ci il dünya çempionatı üçüncü ən məhsuldar mundial kimi tarixə düşüb. Goal.az xəbər verir ki, yarışda 169 qol vurulub. Bu isə DÇ-1998 və DÇ-2014-dən sonra üçüncü göstəricidir. Fransa və Braziliyada təşkil olunmuş həmin dünya çempionatlarında 171 qol qeydə alınıb.

DÇ-2018-də vurulan 169 qoldan 73-ü standart vəziyyətdən reallaşdırılıb. Bu, DÇ-1966-dan sonra ən yaxşı göstəricidir.

Qeyd edək ki, dünya çempionatının qalibi finalda Xorvatiyanı 4:2 hesabı ilə məğlub edən Fransa olub. İngiltərəni 2 cavabsıq qolla üstələyən Belçika isə üçüncü yeri tutub.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
LIVERPOOL
%
AJAX
%
TOTTENHAM
%
8798 səs