16/07/2018
12:08
5761
| A A A
Dünya çempionatının ən yaxşı qolu mükafatına namizədlər

FIFA 2018-ci il dünya çempionatının ən yaxşı qoluna namizədləri açıqlayıb. Goal.az xəbər verir ki, siyahıda 17 futbolçunun 18 dəqiq zərbəsi yer alıb. Rusiya millisinin yarımmüdafiəçisi Denis Çerışev səsverməyə 2 qolla qatılan yeganə oyunçudur. Onun Səudiyyə Ərəbistanı (5:0) və Xorvatiyaya (2:2, penalti – 3:4) vurduğu qollar ən yaxşı olmağa namizəddir.

Siyahıda həmçinin, rusiyalı Artyom Dzyuba (Misir, 3:1) portuqaliyalı Kriştianu Ronaldo (İspaniya, 3:3), ispaniyalı Naço (Portuqaliya, 3:3), braziliyalı Filippe Koutinyo (İsveçrə, 1:1), belçikalı Dris Mertens (Panama, 3:0), kolumbiyalı Xuan Kintero (Yaponiya, 1:2), xorvatiyalı Luka Modriç (Argentina, 3:0), nigeriyalı Ahmed Musa (İslandiya, 2:0), argentinalı Lionel Messi (Nigeriya, 2:1), almaniyalı Toni Kroos (İsveç, 2:1), ingiltərəli Cessi Linqard (Panama, 6:1), portuqaliyalı Rikardo Kuarejma (İran, 1:1), belçikalı Adnan Yanuzay (İngiltərə, 1:0), argentinalı Anxel Di Mariya (Fransa, 3:4), belçikalı Naser Şadli (Yaponiya, 3:2) və fransalı Benjamen Pavarın (Argentina, 4:3) qolları yer alıb.

Ən yaxşı qol iyulun 23-dək FIFA-nın rəsmi saytında azarkeşlər arasında aparılacaq səsverməyə əsasən müəyyənləşəcək.

Dünya çempionatı 14 iyun – 15 iyulda Rusiyada keçirilib. Mundialın qalibi finalda Xorvatiyanı 4:2 hesabı ilə məğlub edən Fransa olub. İngiltərəni 2 cavabsıq qolla üstələyən Belçika isə üçüncü yeri tutub.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
14630 səs