16/07/2018
18:00
5166
| A A A
Alfons Areola Fransa millisinin tarixinə düşdü

Fransanın qapıçısı Alfons Areola millinin tarixinə düşüb. Goal.az xəbər verir ki, o,yığmada debüt etmədən dünya çempionu adını qazanan ilk fransalı futbolçu olub.

PSG-nin şərəfini qoruyan qolkiper DÇ-2018-də Fransa yığmasının heyətində meydana çıxmayan iki futbolçudan biri oldu. Onunla yanaşı, Marseille-in müdafiəçisi Adil Rami də Rusiyadakı mundialda forma şansı qazanmadı. Lakin Areoladan fərqli, Rami Fransa yığmasında 30-dan çox oyun keçirib. Hətta 32 yaşlı futbolçu DÇ-2018 bitən kimi milli karyerasını başa vurduğunu açıqlayıb. 25 yaşlı Areola isə hələ də ölkəsinin millisində rəsmi oyuna çıxmayıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
40308 səs