16/07/2018
19:17
3063
| A A A
Dünya çempionatını stadiondan izləyənlərin sayı açıqlandı

Rusiyada keçirilən futbol üzrə dünya çempionatını 3 milyona yaxın azarkeş stadiondan izləyib. Goal.az xəbər verir ki, mundial üçün, ümumilikdə, 2 milyon 889 min 351 bilet satılıb. Əcnəbilərdən ən çox bileti ABŞ vətəndaşları alıb - 88 min 825. Braziliyalılar 72 min 512 biletlə ikinci, kolumbiyalılar isə 65 min 234 biletlə üçüncü yerdə qərarlaşıb.

Moskvada "Lujniki" stadionunda Fransa və Xorvatiya komandaları arasında baş tutmuş final oyununu 78 min 11 nəfər stadiondan izləyib. Qarşılaşmanın ümumi auditoriyası ilə, təxminən, 1 milyard nəfər təşkil edib. Finalda Fransa millisi Xorvatiyaya 4:2 hesabı ilə qalib gəlib. 

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
7333 səs