05/08/2018
16:14
2791
| A A A
Dünya çempionatını izləməyə ən çox azarkeş bu ölkələrdən gəlib

Futbol üzrə dünya çempionatının keçirildiyi müddətdə Rusiyaya ən çox azarkeş Çin, ABŞ və Meksikadan gəlib. Goal.az xəbər verir ki, bu barədə Rusiya Sərhəd Xidmətindən açıqlama verilib. Həmin məlumatlara əsasən, Çindən 53 min, ABŞ-dan 46 min, Meksikadan 41 min insan Azərbaycanla qonşu ölkəyə ayaq basıb. Sonrakı yerlərdə Argentina (31 min), Braziliya (27 min), Almaniya və Böyük Britaniya (hər ikisi 25 min), Kolumbiya (23 min), Peru və Fransa (hər ikisi 20 min), Xorvatiya (18 min) qərarlaşıb.

Ümumilikdə, Rusiya dövlət sərhədini 633 min əcnəbi vətəndaş azarkeş vəsiqəsi ilə keçib. Onların əsas istiqamətləri Moskva və Sankt-Peterburq olub. Ölkəyə gələn əcnəbilərin sayında (5 milyon nəfər) isə ciddi dəyişiklik baş verməyib. Lakin ötənilki göstəricilərlə müqayisədə dünya çempionatında iştirak edən ölkələrin sakinləri kəskin artıb.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin azarkeş pasportu ilə gələnlərə ilin sonunadək ölkədə vizasız qalmaq icazəsi verib.   

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
LIVERPOOL
%
AJAX
%
TOTTENHAM
%
8796 səs