13/09/2018
13:10
3174
| A A A
Dünya çempionatına namizədlərin sayı çoxalır

2030-cu ildə futbol üzrə dünya çempionatına Asiya ölkələri ev sahibliyi edə bilər. Goal.az "Yonhap News" nəşrinə istinadən xəbər verir ki, bu təşəbbüslə Cənubi Koreya çıxış edib. Bu ölkə Çin, Yaponiya və Şimali Koreya ilə birlikdə sifariş ərizəsi təqdim etməyi planlaşdırır. “Asiya ölkəsinin mundiala eyni vaxta ev sahibliyi etməsi bölgədə sülhün və əməkdaşlığın möhkəmlənməsinə təkan verəcək. Əminəm ki, nəzərdə tutulan sifariş ərizəsi qəbul ediləcək. Dünya çempionatına birgə ev sahibliyi edəcəyik”, - deyə təşəbbüskar ölkənin idman naziri To Çon Xvan bildirib. Xatırladaq ki, 2002-ci ildə dünya çempionatı Yaponiya və Cənubi Koreyada keçirilib. Əvvəllər müharibə vəziyyətində olan Şimali və Cənubi Koreya 2032-ci ilin Olimpiya oyunlarına da birgə ev sahibliyi barədə razılığa gəlib.Yarişların Seul və Pxenyanda keçirilməsi nəzərdə tutulub. 2030- cu ilin dünya çempionatını birgə təşkil etmək istəyən ölkələr arasında Argentina, Uruqvay və Paraqvay da yer alır. Həmçinin Əlcəzair hökuməti Mərakeş və Tunislə birlikdə mundial üçün sifariş ərizəsi təqdim edəcəyini açıqlayıb. Qeyd edək ki, dünya çempionatlarının 100 illik yubileyi məhz 2030-cu ildə bayram ediləcək.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
27224 səs