07/12/2018
17:14
1327
| A A A
Munidal Rusiyaya nə qazandırdı?
Rusiyanın baş naziri Dmitri Medvedyev DÇ-2018-dən əldə etdikləri gəlir barədə danışıb. 
Goal.az xəbər verir ki, Medvedyev mundialın keçirilməsinin Rusiyanın bir sıra şəhərlərində infrastrukturun qurulması üçün stimul olduğunu qeyd edib: 
 
"Biz DÇ keçirilməsinə hazırlıq üçün təxminən 650 milyard rubl xərcləmişik. Bu da pensiya sisteminin bir aylıq xərci deməkdir.  İqtisadçıların hesablamalarına görə, mundialdan əldə etdiyimiz gəlir 200 milyard rubl olub. DÇ-ni qəbul edən şəhərlərimizin də durumuna diqqət ayırmaq lazımdır.  Mundiala qədər həmin şəhərlərdə normal aeroportlar, mehmanxanalar yox idi. İndi isə var. Mundial bu şəhərlərin infrastrukturunun qurulması üçün stimul oldu”.