15/02/2019
10:05
1993
| A A A
4 ölkə birlikdə DÇ-2030-u keçirmək istəyir

Argentina, Çili, Paraqvay və Uruqvayın 2030-cu ildə futbol üzrə Dünya çempionatını keçirmək üçün ortaq ərizə ilə müraciət edəcəklər.

Goal.az xəbər verir ki, Çili prezidenti Sebastyan Piyenra, bu barədə "Twitter"də yazıb.

"Bir neçə ay əvvəl mən Argentina, Uruqvay və Paraqvay prezidentlərinə Çilini ərizəyə daxil etməyi və onu 2030-cu il üçün birgə təqdim etmək fikrini irəli sürdüm. Təklif qəbul olundu", - deyə o bildirib.

Çili prezidenti milli futbol federasiyalarının qərar qəbul etməzdən əvvəl CONMEBOL ilə məsləhətləşdirklərini bildirib. Ölkələr DÇ-nin keçirilməsi ilə ilk Dünya çempionatının 100 illiyini qeyd etmək istəyirlər.

Qeyd edək ki, 2026-cı ildən Dünya Kubokunda iştirak edənlərin sayı 48-ə çatacaq. Yeni formatda ilk Dünya Kuboku ABŞ-da keçiriləcək. 

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
34046 səs