04/09/2019
09:40
883
| A A A
DÇ-2022-nin loqosu təqdim olundu

FIFA Qətərdə keçiriləcək DÇ-2022-nin loqotipini təqdim edib.

Goal.az-ın məlumatına görə, emblemin əyilmiş xətləri özündə qum təpələrini simvolizə edir. Fasiləsiz dövrə vurma "8-lik" formasında işlənilib ki, bu da çempionatın oyunlarını qəbul edəcək 8 stadionla yanaşı, sonsuzluq simvolunu ifadə edir.

Loqotipin mərkəzi elementi olan ilgək yalnız trofeyin formasını təkrarlamır. O həm də körfəz xalqlarının ənənəvi baş örtüyü sayılan çalmanı göstərir. Emblemi müşayiət edən şrift isə ənənəvi ərəb kalliqrafiyasına əsaslanır.

Qeyd edək ki, qarşıdakı dünya çempionatı 21 noyabr - 18 dekabr 2022-ci ildə təşkil olunacaq. Bu, yayda yox, qışda keçiriləcək ilk mundial kimi tarixə düşəcək.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33950 səs