12/05/2020
15:48
1826
| A A A
FİFA dünya çempionatını təxirə saldı - RƏSMİ

FIFA futzal üzrə dünya çempionatını təxirə salıb.

Goal.az xəbər verir ki, mundial nəzərdə tutulduğu kimi Litvada olacaq. Bu il keçirilməsi planlaşdırılan yarış 2021-ci il 12 sentyabr - 3 oktyabrda baş tutacaq.

FIFA qadınlar arasında U-20 dünya çempionatının 20 yanvar - 6 fevral 2021-ci il Kosta Rika və Panamada təşkil olunacağını açıqlayıb.

U-17 qızlar arasında Hindistandakı mundial isə 2021-ci il fevralın 17-dən martın 7-dək baş tutacaq. Hər iki yarışda yaş limiti dəyişdirilməyəcək.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5128 səs