12/02/2021
13:55
873
| A A A
Dünya çempionatının ən yaxşıları açıqlandı

Bayern Münich-in hücumçusu Robert Levandovski klublararası dünya çempionatının ən yaxşı oyunçusu seçilib.

Goal.az xəbər verir ki, ikinci yeri Meksikanın Tigres komandasının hücumçusu Andre-Pyer Jinyak tutub. Bayern-in müdafiəçisi Yozua Kimmix 3-cü olub.

Levandovski bu turnirdə 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Qeyd edək ki, Qətərdə keçirilən klublararası dünya çempionatının finalında ötən gün Bayern Meksikanın Tigres klubuna 1:0 hesabı ilə qalib gələrək turnirin qalibi olub.

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
20019 səs