20/12/2021
12:46
1247
| A A A
Bu gün dünya çempionatının iki ildən bir keçirilməsi ideyası müzakirə olunacaq

FİFA bu gün 211 milli federasiyaların nümayəndələri ilə onlayn sammit keçirəcək.

Goal.az xəbər verir ki, bu barədə “Sky Sports” telekanalı məlumat yayıb. Xəbərdə, ali futbol qurumunun rəhbəri Canni İnfantinonun dünya çempionatının 2 ildən bir keçirilməsi ideyası ilə bağlı federasiyalarla müzakirə aparacağı bildirilib.

İnfantino quruma əlavə gəlir mənbələri tapmaq üçün dünya çempionatının daha tez-tez keçirilməsinə çalışır.

Daha əvvəl UEFA və Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) FİFA-nın ideyasına qarşı çıxıb.

Hazırda dünya çempionatları 4 ildən bir keçirilir.