31/12/2021
18:11
2440
| A A A
Dünya çempionatı iştirakçılarından biri dəyişib

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçiriləcək klublararası dünya çempionatının iştirakçılarından biri dəyişib.

Goal.az xəbər verir ki, Yeni Zelandiyada hökm sürən koronavirus pandemiyası üzündən "Oklend Siti" ölkədən kənara çıxa bilməyəcək. Bu komandanı Taiti təmsilçisi "Pirae" əvəzləyib.

"Pirae" ilk matçını BƏƏ-nin "Əl Cəzirə" klubuna qarşı keçirəcək. Görüşün qalibi 1/4 finalda Səudiyyə Ərəbistanının "Əl Hilal" komandası ilə üz-üzə gələcək. Bu matçın qalibi isə yarımfinalda İngiltərə təmsilçisi "Çelsi"nin önünə çıxacaq.

Daha bir 1/4 final matçı Misir təmsilçisi "Əl Əhli" ilə Meksika "Monterrey"i arasında gerçəkləşəcək. Bu görüşün qalibi yarımfinalda Braziliya "Palmeyras"ına rəqib olacaq.

Qeyd edək ki, klublararası dünya çempionatı 3 - 12 fevral 2022-ci ildə təşkil olunacaq.