01/06/2022
10:00
2222
| A A A
DÇ-2022: Bu gün təxirə salınmış pley-off oyunu keçiriləcək

Bu gün Şotlandiya və Ukrayna milli komandaları arasında 2022-ci il dünya çempionatının pley-off mərhələsinintəxirə salınmış yarımfinal oyunu keçiriləcək.

Goal.az xəbər verir ki, Qlazqo şəhərindəki "Hempden Park" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Görüşü niderlandlı FIFA referisi Denni Makkelli idarə edəcək.

Cütün qalibi finalda Uelslə qarşılaşacaq. İyunun 5-də Kardiffdə baş tutacaq matç DÇ-2022-yə sonuncu vəsiqənin sahibini müəyyənləşdirəcək.

Qeyd edək ki, UEFA Ukraynadakı müharibə səbəbindən yarımfinal və final görüşlərinin vaxtını dəyişmişdi.

DÇ-2022, pley-off mərhələsi, yarımfinal

Təxirə salınmış oyun

1 iyun

22:45. Şotlandiya - Ukrayna

Baş hakim: Denni Makkelli (Niderland)

Qlazqo, "Hempden Park" stadionu

Qeyd edək ki, mundial noyabrın 21-dən dekabrın 18-dək Qətərdə təşkil olunacaq. (report)