10/11/2022
17:04
12631
| A A A
DÇ-2022: Fransa millisinin yekun heyəti

Fransa millisinin bu il Qətərdə keçiriləcək dünya çempionatı üçün yekun heyəti açıqlanıb.

Goal.az xəbər verir ki, baş məşqçi Didye Deşam milliyə 25 oyunçu dəvət edib:

Qapıçılar: Uqo Lloris (Tottenham, İngiltərə), Alfons Areola (West Ham, İngiltərə), Stiv Mandanda (Rennes)

Müdafiəçilər: Lukas Ernandez, Dayet Upamekano, Benjamen Pavar (hamısı Bayern Münich, Almaniya), Teo Ernandez (Milan, İtaliya), Presnel Kimpembe (PSG), İbrahima Konate (Liverpool, İngiltərə), Jul Kunde (Barcelona, İspaniya), Villiam Saliba (Arsenal, İngiltərə), Rafael Varan (Manchester United, İngiltərə)

Yarımmüdafiəçilər: Eduardo Kamavinqa, Orelyen Çuameni (hər ikisi Real Madrid), Fofana (Monaco), Matteo Genduzi, Cordan Veretu (hər ikisi Marseille), Adrian Rabyo (Juventus, İtaliya)

Hücumçular: Kərim Benzema (Real Madrid, İspaniya), Kinqsli Koman (Bayern, Almaniya), Osman Dembele (Barcelona, İspaniya), Olivye Jiru (Milan, İtaliya), Antuan Qrizmann (Atletico Madrid, İspaniya), Kilian Mbappe (PSG), Kristofer Nkunku (Leipzig, Almaniya).

Fransa DÇ-2022-nin D qrupunda Avstraliya, Danimarka və Tunislə mübarizə aparacaq. Mundial noyabrın 20-dən dekabrın 18-nə qədər olacaq.