İspaniya milli komandasının bu il Qətərdə keçiriləcək dünya çempionatı üçün yekun heyəti məlum olub.
Goal.az xəbər verir ki, baş məşqçi Luis Enrike 26 futbolçuya dəvət göndərib.
PSG-nin müdafiəçisi Serxio Ramos və Manchester United-in qapıçısı David De Xea heyətdən kənarda qalıb.
Qapıçılar: Unay Simon, Robert Sançes, David Rayya
Müdafiəçilər: Dani Karvahal, Sesar Aspilikueta, Erik Qarsia, Qilyamon, Pau Torres, Aymerik Lyaport, Jorde Alba, Xose Qaya
Yarımmüdafiəçilər: Serxio Buskets, Rodri, Qavi, Karlos Sloer, Markos Llorente, Pedri, Koke,
Hücumçular: Alvaro Morata, Dani Olmo, Ferran Torres, Marko Asensio, Pablo Sarabiya, Yeremi Pino, Niko Uilyams, Ansu Fati.
İspaniya yığması dünya çempionatında Almaniya, Kosta-Rika və Yaponiya ilə mübarizə aparacaq.