Danimarka millisində ciddi itki
Danimarka millisinin və İspaniya Sevilla-sının futbolçusu Tomas Dileyni Qətərdə keçirilən dünya çempionatının qalan hissəsini buraxacaq.
Goal.az xəbər verir ki, Tunisə qarşı D qrupunun I tur oyununda sol dizindən zədələnən 31 yaşlı müdafiəçi təqribən 4 həftəlik sıradan çıxıb.
Bu isə o deməkdir ki, Danimarka yığması finaladək irəliləsə belə, təcrübəli oyunçu meydana çıxa bilməyəcək.
Qeyd edək ki, Danimarka - Tunis görüşü qolsuz heç-heçə ilə başa çatıb. (report)