24/11/2022
17:28
614
| A A A
Peledən sonra Qavi

İspaniya millisi dünya çempionatının ilk turunda Kosta-Rikanı darmadağın edib - 7:0.

Goal.az xəbər verir ki, bu görüşdə fərqlənən ispan yarımmüdafiəçi Qavi yeni uğura imza atıb. O, mundiallar tarixində qol vurmağı bacaran 3-cü ən gənc futbolçu olub.

18 yaş 110 günlüyündə fərqlənən Qavi braziliyalı keçmiş hücumçu Peledən sonra dünya çempionatlarında qol vuran ən gənc futbolçu ünvanını da əldə edib. Pele 1958-ci ildəki mundialda fərqlənən zaman 17 yaş 249 günlük idi.

Mundiallarda qol vuran ən gənc digər futbolçu isə meksikalı Manuel Rosasdır. Sabiq hücumçu 1930-cu ildə Argentina ilə oyunda qol vuranda 18 yaş 93 günlük idi.