06/12/2022
13:23
1946
| A A A
Braziliya millisi dünya çempionatlarında yeni rekorda imza atıb

Braziliya millisi dünya çempionatları tarixində yeni rekorda imza atıb.

Goal.az xəbər verir ki, yığmanın baş məşqçisi Tite mundial üçün Qətərə gətirdiyi 26 futbolçunun hər birinə Cənubi Koreyaya qarşı keçirdikləri 1/8 final matçında şans verib.

Bununla da "sambaçılar"ın 26 üzvü DÇ-2022-də meydana çıxıb. Bu, hələlik mundiallar tarixində ilk belə hadisədir.

Qeyd edək ki, Cənubi Koreya yığmasına 4:1 hesabı ilə qalib gələn "pentakampeonlar" 1/4 finalda Xorvatiyaya rəqib olub. (report)