Xorvatiya millisi dünya üçüncüsü oldu!
Qətərdə təşkil olunan dünya çempionatında 3-cü yer uğrunda matç keçirilib.
Goal.az xəbər verir ki, Xorvatiya və Mərakeş milli bürünc medal mübarizəsi aparıb. 2:1 hesabı ilə qalib gələn avropalılar DÇ-2022-də 3-cü yeri tutub.
Mundialın finalı sabah baş tutacaq. Həlledici oyunda Argentina və Fransa milliləri üz-üzə gələcək.