18/12/2022
10:12
1035
| A A A
Bu gün dünya çempionu müəyyənləşəcək

Bu gün Qətərdə keçirilən DÇ-2022-nin qalibi bəlli olacaq.

Goal.az xəbər verir ki, finalda son çempion Fransa millisi ilə Argentina üz-üzə gələcək.

Lusail stadionunda keçiriləcək və polşalı referi Şimon Marçinyakın idarə edəcəyi oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Qeyd edək ki, həm Fransa, həm də Argentina millisi ikiqat dünya çempionudur.

Xatırladaq ki, DÇ-2022-nin bürünc medalçısı Xorvatiya olub.

GÜNÜN ƏN ÇOX OXUNANLARI