Klublararası dünya çempionatının püşkü atılıb
Bu il Mərakeşdə keçiriləcək klublararası dünya çempionatının püşkü atılıb.
Goal.az xəbər verir ki, turnirin ilk oyunu Misirin Al-Ahli və və Yeni Zelandiyanın Okland City komandaları arasında 1/4 finala vəsiqə uğrunda olacaq. Qarşılaşma fevralın 1-də baş tutacaq.
Növbəti cütlüklər isə bunlardır:
1/4 final
1. Sietlle Saunders (ABŞ) - Al-Ahli / Okland City cütünün qalib
2. Vidad (Mərakeş) - Al-Hilal (Səudiyyə Ərəbistanı)
1/2 final
Flamengo (Braziliya) - 2-ci cütün qalibi
1-ci cütün qalibi - Real Madrid (İspaniya)
Qeyd edək ki, yarımfinal matçları 7-8 fevralda keçiriləcək.