09/11/2017
10:12
3940
| A A A
DÇ-2018-in pley-off mərhələsinin ilk oyunları keçiriləcək

Bu gün Avropa zonasında 2018-ci il dünya çempionatının (DÇ) pley-off mərhələsinin ilk oyunları start götürəcək.

Goal.az xəbər verir ki, seçmə mərhələdə qrup ikincisi olan 8 kollektiv - İsveç, İsveçrə, Şimali İrlandiya, İrlandiya, Danimarka, İtaliya, Yunanıstan və Xorvatiya 4 vəsiqə uğrunda mübarizə aparacaqlar.

Püşkə əsasən, Şimali İrlandiya İsveçrəyə, Xorvatiya isə Yunanıstana rəqib olub. Həmçinin mundiala vəsiqə uğrunda İsveç – İtaliya və Danimarka – İrlandiya duelləri olacaq.

Daha əvvəl ev sahibi Rusiya ilə yanaşı, Avropadan Fransa, Portuqaliya, Belçika, Almaniya, Serbiya, Polşa, İngiltərə, İslandiya və İspaniya dünya çempionatının final mərhələsinə yüksəlib.

Asiyadan İran, Yaponiya, Cənubi Koreya və Səudiyyə Ərəbistanının, Afrikadan isə Nigeriya ilə Misirin dünya çempionatında iştirakı dəqiqləşib.

Həmçinin, Cənubi Amerikadan Braziliya, Uruqvay, Argentina, Kolumbiya, eləcə də Şimali, Mərkəzi Amerika və Karib hövzəsindən Meksika, Kosta-Rika, o cümlədən Panama mundiala vəsiqəni təmin edib. Honduras isə "pley-off”da Asiya zonasında çıxış edən Avstraliya ilə qarşılaşacaq.

Peru millisi "pley-off”da Okeaniya zonasını təmsil edən Yeni Zelandiya ilə qarşılaşacaq. Digər 3 vəsiqəyə isə Afrika zonasında qrup qalibi olacaq kollektivlər sahib çıxacaqlar.

Digər oyunlar noyabrın 10-u və 11-ində keçiriləcək.

DÇ-2018

Avropa zonası, pley-off mərhələsi

İlk oyunlar

9 noyabr

23:45. Şimali İrlandiya - İsveçrə

23:45. Xorvatiya - Yunanıstan