11/11/2017
10:48
3839
| A A A
DÇ-2018-ə daha bir vəsiqənin sahibi müəyyənləşdi

Rusiyada keçiriləcək futbol üzrə Dünya çempionatı – 2018-in daha bir iştirakçısı məlum olub.

Afrika zonası üzrə seçmə mərhələdə "D" qrupu çərçivəsində səfərdə CAR-ı 2:0 hesabı ilə məğlub edən Seneqal yığmasıdır.

Seneqalın heyətində 12-ci dəqiqədə Diafra Saxo fərqlənib. Matçda daha bir qolu isə 38-ci dəqiqədə Tomsanka Mxize öz qapısına vurub.

Seneqal millisi beş oyundan sonra 11 xalla "D" qrupunda birinci yerdə qərarlaşıb və sona bir tur qalmış Kabo-Verde və Burkina-Fasonu 5 xal qabaqlayır.