11/11/2017
11:15
3063
| A A A
DÇ-2018: Pley-of-un ilk oyunlarına yekun vurulacaq

Bu gün DÇ-2018-in seçmə mərhələsinin sonuncu pley-off oyunu keçiriləcək.

Goal.az-ın məlumatına görə, Danimarka yığması İrlandiya ilə üz-üzə gələcək.

İlk dəfə mundialın pley-offunda oynayacaq danimarkalılar iki dəfə qitə çempionatı üçün həlledici duel həyəcanı yaşayıb. AÇ-2000-ə İsrail üzərində darmadağınla (5:0, 3:0) yüksələn şimallıları AÇ-2016-ya İsveç buraxmayıb. 16 ildən sonra mundiala yüksəlmək istəyən İrlandiya 8-ci dəfə pley-off oynamaqla Avropa rekordçusu olacaq. Bu yığma DÇ-2002, AÇ-2012 və AÇ-2016-ya bu mərhələdəki qələbə ilə yüksəlib. AÇ-1996, DÇ-1998, AÇ-2000, DÇ-2010-da isə irlandiyalıları pley-offda dayandırıblar.

 

 

DÇ-2018, pley-off oyunları

Avropa zonası, ilk oyunlar

11 noyabr

 

23:45. Danimarka – İrlandiya