12/11/2017
00:23
8841
| A A A
DÇ-2018-ə növbəti 2 vəsiqənin sahibi müəyyənləşdi

Tunis və Mərakeş yığmaları Rusiyada keçiriləcək futbol üzrə Dünya çempionatı – 2018-ə vəsiqə qazanıb.

Tunis millisi Afrika qitəsi üzrə keçirilən təsnifat mərhələsinin 6-cı turunda Liviya ilə heç-heçə edib və "A" qrupunun turnir cədvəlində Konqo Demokratik Respublikası üçün əlçatmaz olub.

Rades şəhərində keçirilən görüş 0:0 hesabı ilə başa çatıb.

Mərakeş yığması isə "C" qrupunda Fildişi Sahilinə qalib gəlib. Abicanda baş tutan matç 2:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

DÇ-2018 - Afrika. A Qrupu. 6-cı tur

Tunis – Liviya - 0:0

DÇ-2018 - Afrika. C Qrupu. 6-cı tur

Fildişi Sahili – Mərakeş - 0:2

0:1 – Dirar – 25, 0:2 – Benatia – 30

Mərakeş yığması 1998, Tunis isə 2006-cı ildən bu yana dünya çempionatlarında iştirak etmir.

Ən baxımlı liqa hansıdır?

İNGİLTƏRƏ P.L
%
İSPANİYA L.L
%
AZƏRBAYCAN P.L
%
TÜRKİYƏ S.L
%
ALMANİYA B.L
%
FRANSA L.1
%
İTALİYA A.S
%
RUSİYA P.L
%
66308 səs