13/11/2017
10:12
4769
| A A A
DÇ-2018-in növbəti 2 iştirakçısı müəyyənləşdi

Futbol üzrə 2018-ci il dünya çempionatının Avropa zonası üzrə "play-off" mərhələsinin ilk 2 cavab görüşü keçirilib.

Goal.az-ın məlumatına görə, İsveçrə Şimali İrlandiyanı, Yunanıstan Xorvatiyanı qəbul edib.

Hər iki qarşılaşmada hesab açılmayıb. İsveçrə ilk görüşdəki minimal hesablı səfər qələbəsi sayəsində mərhələ adlayıb. Yunanıstan isə birinci oyunda Xorvatiyaya 1:4 hesabı ilə uduzduğu üçün mundialdan kənarda qalıb.

Beləliklə, DÇ-2018-ə vəsiqə qazanmış komandaların sayı 28-ə çatıb.

Qeyd edək ki, Avropa zonası üzrə son 2 vəsiqənin sahibi bu gün keçirilən İtaliya - İsveç və noyabrın 14-də İrlandiya - Danimarka görüşlərindən sonra müəyyənləşəcək. Bu komandalar arasındakı ilk görüşlərdə İsveç 1:0 hesabı ilə qalib gəlibsə, Danimarkadakı qarşılaşmada qol vurulmayıb.