25/03/2019
09:54
2648
| A A A
AVRO-2020-nin seçmə mərhəsində II tur davam edir

AVRO-2020-nin seçmə qrup mərhələsinin oyunları davam edir. Matc.az xəbər verir ki, bu gün A, B və H qruplarında ikinci tura yekun vurulacaq.

Goal.az xəbər verir ki, A qrupunda ilk matçına çıxacaq Kosovo Bolqarıstanı, Monteneqro İngiltərəni qəbul edəcək.

B qrupunda Portuqaliya ilk qələbəsini Serbiya ilə görüşdə qazanmaq əzmindədi. Ukrayna isə ilk turdan sonra liderliyə yüksələn Lüksemburqun qonağı olacaq.

Türkiyə millisi H qrupunda Moldova ilə, qrupun favoriti Fransa İslandiya ilə qarşılaşacaq. İlk turda uduzan Albaniya isə Andorranın qonağı olacaq.

Seçmə mərhələdə II tura martın 26-da yekun vurulacaq.

AVRO-2020-nin seçmə mərhələsi

25 mart

A qrupu

23:45. Kosovo - Bolqarıstan

23:45. Monteneqro – İngiltərə

B qrupu

23:45. Lüksemburq - Ukrayna

23:45. Portuqaliya - Serbiya

H qrupu

21:00. Türkiyə - Moldova

23:45. Andorra - Albaniya

23:45. Fransa - İslandiya

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
34046 səs