07/12/2020
22:06
2534
| A A A
Millimizin DÇ-2022-dəki rəqibləri müəyyənləşdi

Bu gün 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkü atılıb.

Goal.az xəbər verir ki, İsveçrənin Sürix şəhərində təşkil olunan tədbirdə qrupların tərkibi müəyyənləşib. Azərbaycan millisi 5 komandalı A qrupuna düşüb. Rəqiblər Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburq olub.

A qrupu: Portuqaliya, Serbiya, İrlandiya, Lüksemburq, AZƏRBAYCAN

B qrupu: İspaniya, İsveç, Yunanıstan, Gürcüstan, Kosovo

C qrupu: İtaliya, İsveçrə, Şimali İrlandiya, Bolqarıstan, Litva

D qrupu: Fransa, Ukrayna, Finlandiya, Bosniya və Herseqovina, Qazaxıstan

E qrupu: Belçika, Uels, Çexiya, Belarus, Estoniya

F qrupu: Danimarka, Avstriya, Şotlandiya, İsrail, Farer adaları, Moldova

G qrupu: Niderland, Türkiyə, Norveç, Monteneqro, Latviya, Cəbəllütariq

H qrupu: Xorvatiya, Slovakiya, Rusiya, Sloveniya, Kipr, Malta

I qrupu: İngiltərə, Polşa, Macarıstan, Albaniya, Andorra, San Marino

J qrupu: Almaniya, Rumıniya, İslandiya, Şimali Makedoniya, Ermənistan, Lixtenşteyn

Final mərhələsinə 20 komanda yüksələcək. Qrup qalibi olan 10 komanda birbaşa final, ikinci yerin sahibləri isə pley-offa vəsiqə əldə edəcək. Bu 20 yer uğrunda 55 yığma mübarizə aparacaq.

Qeyd edək ki, 2021-ci ildə keçiriləcək 10 turdan ibarət seçmə mərhələyə martın 24-də start veriləcək. Pley-off oyunları isə 2022-ci ilin martında olacaq.

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
20019 səs