29/03/2021
17:46
1423
| A A A
Babel Niderland millisinin tarixinə keçdi

Niderland millisinin və Galatasaray-ın futbolçusu Rayan Babel rekorda imza atıb.

Goal.az xəbər verir ki, 34 yaşlı hücumçu buna DÇ-2022-nin seçmə mərhələsinin 2-ci turunda Latviya ilə matçda (2:0) nail olub. 2005-ci ildə Rumınya ilə qarşılaşmada yığmada debütünü edən oyunçu Latviya ilə görüşdə iştirak etməklə komandada ən uzun müddət (16 il) çıxış edən futbolçu adını qazanıb. O, Mik Klavanın rekordunu qırıb.

Qeyd edək ki, Babel bu mövsüm Superliqada 28 matçda 4 qol vurub və 5 qolun ötürməsini verib.

Çempionlar Liqasını kim qazanacaq?

MANCHESTER CITY
%
LIVERPOOL
%
REAL MADRID
%
PSG
%
CHELSEA
%
BORUSSIA DORTMUND
%
15559 səs