Türkiyə - Latviya oyununa azarkeşlər buraxılmayacaq
Martın 30-da Türkiyə və Latviya yığmaları arasında keçiriləcək futbol üzrə 2022-ci il dünya çempionatının seçmə oyununa azarkeş buraxılmayacaq.
Goal.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) Tibb Komitəsi qərar qəbul edib. COVID-19 pandemiyası dövründə riskli addımların atılması və azarkeşlərin bir yerə toplaşmasının ciddi fəsadlara yol açacağı qənaətinə gəlinib.
Qeyd edək ki, Tütkiyə - Latviya matçı Atatürk Olimpiya Stadionunda keçiriləcək. Daha əvvəl TFF tribunaların 15 faizinə azarkeşlərin buraxılacağını açıqlamışdı.
Çempionlar Liqasını kim qazanacaq?
MANCHESTER CITY
LIVERPOOL
REAL MADRID
PSG
CHELSEA
BORUSSIA DORTMUND