01/04/2021
12:24
1404
| A A A
Qrizmann tarixə keçdi

Antuan Qrizmann Fransa millisinin tarixinə düşüb.

Goal.az xəbər verir ki, 30 yaşlı hücumçu buna Bosniya və Herseqovinanı 1:0 hesabı ilə yendikləri DÇ-2022-nin seçmə oyununda nail olub.

Komandasının yeganə qolunu vuran Qrizmann yığmada 35-ci dəfə fərqlənib və bu göstəricidə David Trezegeni geridə qoyub.

Fransa yığmasında bombardirlik yarışına sabiq forvard Tyerri Anri başçılıq edir - 51 qol.

Çempionlar Liqasını kim qazanacaq?

MANCHESTER CITY
%
LIVERPOOL
%
REAL MADRID
%
PSG
%
CHELSEA
%
BORUSSIA DORTMUND
%
15560 səs