01/04/2021
12:54
1204
| A A A
Almaniya millisinin 20 illik seriyası qırıldı

DÇ-2022-nin seçmə mərhələsinin 3-cü turun Şimali Makedoniya ilə matç Almaniya millisinin uğurlu seriyasına son qoyub.

Goal.az xəbər verir ki, rəqibinə 1:2 hesabı ilə uduzan Yoahim Lövün baş məşqçisi olduğu komandanın dünya çempionatlarının seçmə mərhələsindəki 20 illik məğlubiyyətsizlik seriyası qırılıb. Komanda Şimali Makedoniya ilə matçadək sonuncu dəfə 2001-ci ildə DÇ-2002-nin seçmə mərhələsində İngiltərəyə uduzmuşdu- 1:5. Ümumilikdə isə bu, Almaniyanın seçmə mərhələlərdəki 3-cü məğlubiyyətidir. Milli ilk dəfə seçmə mərhələdə 1985-ci ildə Portuqaliyaya yenilib- 0:1.

Qeyd edək ki, hazırda Almaniya J qrupunda 6 xalla 2-cidir.

Çempionlar Liqasını kim qazanacaq?

MANCHESTER CITY
%
LIVERPOOL
%
REAL MADRID
%
PSG
%
CHELSEA
%
BORUSSIA DORTMUND
%
15550 səs