16/11/2021
12:25
2595
| A A A
İngiltərə yığmasından rekord göstərici

İngiltərə millisi 57 ildən sonra ilk dəfə bir oyunda 10 qol vurub.

Goal.az xəbər verir ki, Qaret Sautgeytin baş məşqçi olduğu komanda 2022-ci il dünya çempionatının seçmə mərhələsində San Marinonu 10:0 hesabı ilə üstələyib.

Britaniyalılar sonuncu dəfə 1964-cü ildə ABŞ yığmasına eyni hesabla qalib gəlib.

Qeyd edək ki, İngiltərə I qrupunu 26 xalla birinci pillədə bitirib və DÇ-2022-nin final mərhələsinə vəsiqə qazanıb.