20/01/2022
13:48
3679
| A A A
Messi Argentina millisinə dəvət olunmadı

PSG-nin futbolçusu Lionel Messi Argentina yığmasının DÇ-2022-nin yanvar və fevral aylarında keçiriləcək seçmə mərhələ oyunları üçün sifariş ərizəsinə daxil edilməyib.

Goal.az xəbər verir ki, 34 yaşlı hücumçu yanvarın 2-də koronavirusa yoluxduğu və yeni sağaldığı üçün ona dəvət göndərilməyib.

Qeyd edək ki, Argentina millisi yanvarın 28-də səfərdə Çili, fevralın 2-də isə evdə Kolumbiya ilə qarşılaşacaq.

GÜNÜN ƏN ÇOX OXUNANLARI