09/03/2022
11:50
1707
| A A A
Rusiya kənarlaşdırıldı, Polşa finala yüksəldi – RƏSMİ

Polşa millisi Rusiya yığmasının beynəlxalq turnirlərdən kənarda qalması səbəbindən, avtomatik olaraq futbol üzrə dünya çempionatının pley-offunun finalına yüksəlib.

Goal.az xəbər verir ki, bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.

Polşa avtomatik olaraq dünya çempionatının seçmə mərhələsinin pley-offunun finalında İsveç və ya Çexiya ilə qarşılaşacaq.

FİFA həmçinin, Şotlandiya – Ukrayna matçının iyun ayına təxirə salındığını bildirib.

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.