Balotelli millinin heyətinə salınmadı
İtaliya millisinin baş məşqçisi Roberto Mançini DÇ-2022-nin seçmə mərhələsi üçün heyəti açıqlayıb.
Goal.az xəbər verir ki, təlim məşq toplantılarına çağırılan Adana Demirspor-un hücumçusu Mario Balotelli bu dəfə heyətə salınmayıb.
Qeyd edək ki, İtaliya millisi növbəti matçı martın 24-ü Şimali Makedoniyaya qarşı keçirəcək.