Suarez Messini keçdi
Dünya Çempionatının seçmə mərhələsi oyunları çərçivəsində Luis Suarez vurduğu qol sayına görə Lionel Messini keçib.
Goal.az xəbər verir ki, Suarez ötən gün Uruqvay millisinin heyətində Dünya Çempionatının seçmə mərhələsinin oyunlarında 29-cu qolunu vurub. Beləliklə o, Messini keçərək bu göstəricilərdə 4-cü yerə yüksəlib.
Qeyd edək ki, siyahıya Qvatemala millisinin hücumçusu Karlos Rusi başçılıq edir. (39 qol)