20/01/2016
00:27
4735
| A A A
FİFA korrupsiya qalmaqlına əlaqəsi olan bank işçisi qovulub
İsveçrənin "Julius Baer" bankı araşdırma nəticəsində FİFA-nın korrupsiya qalmaqalında iştirakı olan əməkdaşını vəzifəsindən azad edib. Goal.az "Reuters"ə istinadən xəbər verir ki, müştəri xidməti şöbəsində çalışan həmin əməkdaş 2015-ci ilin iyununda FİFA məmurlarına qarşı kütləvi həbslərdən sonra işini tərk edib. Verilən məlumata görə həmin şəxs korrupsiya işilə bağlı "Julius Baer"ın qovduğu yeganə işçidir. Qeyd edək ki, bank ötən ilin iyun ayından bu iş ətrafında araşdırmalar aparırdı.
GÜNÜN ƏN ÇOX OXUNANLARI