22/01/2016
20:56
8244
| A A A
Mourinyo bu dəfə siyasi baxışlarından danışıb
"Chelsea"nin eks məşqçisi Joze Mourinyo bu dəfə siyasi baxışları ilə gündəmə gəlib. 52 yaşlı mütəxəsis Portuqaliyada yanvarın 24-ə planlaşdırılan prezident seçkilərində mühafizəkar meyilli Marselo Rebelo de Souzanı dəstəklədiyini bildirib. Goal.az xəbər verir ki, "Don Joze" bu şəxsin hökm sürən çətinlikləri və iqtisadi böhranın təsirini azaldacağını düşünür.
"Portuqaliya heç zaman olmadığı qədər məsuliyyətli seçim etməlidir. Rebelo de Souzanı bir insan və siyasətçi kimi tanıyıram. Ölkəmdən kənarda yaşadığım 15 il xalqa nə lazım olduğu barədə məndə aydın fikirlər yaradıb. Bizə qalib ruhlu və xarizmatik biri lazımdır".
Bazar günü baş tuacaq prezident seçkilərində Portuqaliya əhalisi Anibal Kavaço Silvanı əvəz etməli olan dövlət başçısını müəyynləşdirməlidir. 67 yaşlı Rebelo de Souza ilkin olaraq seçicilərin 55%-i tərəfindən dəstəklənib. Bu, səsvermə prosesindən sonra təsdiqlənsə, seçkilərin növbəti raunduna keçirləcək.
GÜNÜN ƏN ÇOX OXUNANLARI